Azərbaycan gimnastı qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.

"Olimpsport" xəbər verir ki, idmançı yarışda qızıl medala layiq görülüb.

Simonov halqalarda hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.