"Olmayan şeydən danışmaq istəmirəm" - Samir Abbasov

“Axırıncı oyunumuzu 1 ay öncə keçirmişdik. Qorxumuz bu idi ki, futbolçular bu görüşə həyəcanla çıxmasınlar”. Olimpsport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının IV turunda “İnter”i qəbul edən “gənclik şəhəri” təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

 

Oyundan sonra keçirilən mətbuat konfransında Abasov fikirlərini bu sözlərlə davam etdirib: “İnter”in standart vəziyyətlərindən qorxurduq. Onlara qarşı oynaya bilmədik. Çempionatın əvvəlindəcə fasilə olmasaydı, bəlkə də başqa cür olardı”.

 

- Ağabala Ramazanovun vurduğu qolun sevincini çılğınlıqla qeyd etməsi sizə qəribə gəlmədi?

- Ağabala qol vurubsa, sevinməlidi. Hazırda “İnter”in futbolçusudu, bu klub üçün can qoyur.

 

- Düşünmürsüz ki, legionersiz bu komandaya çətin olacaq? Bəlkə rəhbərliklə danışasız?

- Bu, ən vacib məsələdi. Eləmirlərsə, deməli, fikir azərbaycanlı futbolçuların oynadılmasıdı. Olmayan şeydən danışmaq istəmirəm. Kim istəməz ki, legioner gətirsin? Sizinlə razıyam.