Təmsilçilərimizin oyununu idarə edəcək hakimlər müəyyənləşdi

“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Olimpsport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu təmsilçilərimiz üçün İsveçrə və Avstriyadan olan hakimlər briqadasını göndərəcək.

 

Ağdam klubunun sentyabrın 15-də “Slovan”la “Dalğa Arena”dakı matçını isveçrəli Stefan Klossner idarə edəcək. “Qəbələ”nin həmin gün “Anderlext”lə səfər görüşündə isə avstriyalı Harald Lexner ədalət təmsilçisi olacaq.

 

Avropa Liqası

Qrup mərhələsi. I tur

15 sentyabr

 

19:00. “Qarabağ” – “Slovan” (Çexiya)

Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel

Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)

Hakim-İnspektor: Vladimir Antonov (Moldova)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

"Dalğa Arena"

 

21:00. “Anderlext” – “Qəbələ”

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger

Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam

Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)

UEFA nümayəndəsi:  Emil Ubias (Çexiya)

"Konstant Vanden Stok" stadionu