Ağabala Ramazanov: "Mənim "Sumqayıt"a qarşı heç bir qərəzim yoxdu"

"Sumqayıt" - "İnter" matçından (1:2) sonra "bankirlər"in futbolçusu Ağabala Ramazanov jurnalistlərin suallarını cavablandırıb.

 

Olimpsport.az gənc hücumçunun müsahibəsini təqdim edir:

 

- Keçmiş komandana vurduğun qolu çılğın şəkildə qeyd etdin...
- Çılğınlıq deyəndə ki., mənim “Sumqayıt”a qarşı heç bir qərəzim yoxdu, nə də onların mənə qarşı. Mehriban şəkildə ayrılmışıq. Uzun müddət idi qol vurmurdum. Buna görə, çox istəyirdim ki, fərqlənim. Çox şadam ki, qol vurdum. Sevincimin belə alınması bununla bağlıdır.

 

- Ruslan Qurbanov “Qəbələ” ilə oyunda “Neftçi”yə vurduğu qollara sevinmədi...
- Bilirəm, bunu mən də etmişəm. “Xəzər Lənkəran”a qol vurmuşdum, amma qeyd etməmişdim

 

- Son vaxtlar milliyə davamlı dəvət alırsan. Yaxın günlərdə daha bir sınaq olacaq. Yığmadakı çıxışın haqqında nə deyə bilərsən? Qarşıdakı oyunda da dəvət gözləyirsən?

- Bunun üçün gərək məşqçinin etimadını doğruldasan. Özü də olmasa, çempionat oyunlarını köməkçiləri izləyir. Yaxşı çıxış etmək, özümü yaxş tərəfdən göstərmək lazımdı ki, dəvət alım. Mən də komandamda mütəmadi oynayıram, formamı saxlamağa çalışıram.

 

-  Çempionluq yolunda əsas favoritlərə “Qarabağ” və “Qəbələ”yə qarşı oynamısınız, heç birinə də uduzmamısınız. Komandanın işi rahat olacaq?

- Xeyr, biz hər oyuna eyni hazırlaşırıq. Ancaq qələbəni hədəfləyirik. “Qarabağ”la, “Sumqayıt”la və ya qeyri-komanda ilə oynamağın heç bir fərqi yoxdu.

 

- “İnter”ə FİFA tərəfindən iki dönəm transfer qadağası qoyulub. Yüksək yerlər hədəfi olan komandaya bu, nə dərəcədə çətinlik törədəcək? Cəzalılar, zədəlilər və komadadan ayrılanların olacağını düşünsək...
- Cəza haqqında nəsə deyə bilmərəm. Bu haqda qərar verilib. Heyətimiz genişdi, inşallah, bir problem olmaz.