Kamran Ağayev Portuqaliya klubunda

Milli komandamızın qapıçısı Kamran Ağayev karyerasını Portuqaliyada davam etdirəcək. Olimpsport.az xəbər verir ki, h əmyerlimiz bu ölkənin yüksək liqasında çıxış edən "Boavişta" klubu ilə müqavilə bağlayıb. 30 yaşlı qolkiper Portuqaliya təmsilçisinə azad agent kimi yollanıb. Ağayev artıq yeni komandası ilə birgə ilk məşqə də çıxıb.

Qeyd edək ki, yığmamızın yarımmüdafiəçisi Emin Mahmudov da "Boavişta"nın formasını geyinir.

"Boavişta" 4 turdan sonra 5 xalla turnir cədvəlində 10-cu yeri tutur.