
“Qarabağ” qələbə qazanaraq ilk “üçlüy”ə yaxınlaşıb
Kişi həndbolçular arasında Azərbaycan çempionatında XII tur başa çatıb.
"Olimpsport" xəbər verir ki, son oyunda liderlər qrupuna iddia edən “Qarabağ” autsayder “Təhsil”lə qarşılaşıb.
“Qarabağ” bu qarşılaşmada 41:33 hesablı qələbə qazanaraq ilk “üçlüy”ə yaxınlaşıb.
Turun digər matçında “Bakı” sensasiyaya imza atıb. Bir tur əvvəl lider “Kür”ə qalib gələn “Azəryol” gözlənilmədən paytaxtın eyniadlı komandasına məğlub olub - 25:35. “Kür” isə “İdman Akademiyası”ndan (40:29) güclü olub.
Bu nəticələrdən sonra “Kür” 19 xalla liderliyini davam etdirib. “Bakı” xallarının sayını 16-ya çatdıraraq, ikinci pilləyə yüksəlib. “Azəryol” 14, “Qarabağ” 13 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. “Dinamo” və “İdman Akademiyası”nın hesabında 3, sonuncu pillədəki “Təhsil”də isə 2 xal var.
Daha çox xəbər




18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024
Paris 2014: Bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib





08-09-2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
