Azərbaycanlı futbolçu kredit borcuna görə səfərə gedə bilmədi

Kolumbiyada təşkil olunan dünya çempionatında bu gecə ilk oyununa çıxacaq futzal üzrə Azərbaycan yığması mundiala tam heyətlə yollana bilməyib. 

 

Olimpsport.az Azerisport.az-a istinadən xəbər verir ki, millimizin 14 nəfərlik yekun heyətində yer alan qapıçı Elnur Zamanovu Azərbaycanı tərk etməyə qoymayıblar.

 

Buna səbəb onun banka olan kredit borcudur. Millimizin ehtiyat qapıçısı Bakıda qalmalı olub.

 

Qeyd edək ki, millimiz bu gün DÇ-2016-nın qrup mərhələsindəki ilk oyununda Mərakeşlə qarşılaşacaq. Oyun gecə saat 3:00-da start götürəcək.