Emil Balayev Almaniya klubunda

Milli komandamızın sabiq üzvü Emil Balayevin yeni komandasının adına aydınlıq gəlib. Olimpsport.az  xəbər verir ki, gənc qolkiper karyerasını yenidən Almaniyada davam etdirəcək. 
 
Son olaraq Frankfurtun "Ayntraxt" klubunda oynayan futbolçu bu dəfə Braunşveyqin "Ayntraxt" klubuna keçib. 
 
Bu barədə məlumatı futbolçunun özü verib. Hazırda Almaniyada olan futbolçu yaxın günlərdə yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək. Emilin II Bundeslıiqası ilə imzalayaağı müqavilənin şərtləri isə həlləlik bəlli deyil. 
 
 
Qeyd edək ki, "Neftçi"nin yetirməsi son olaraq çıxış etdiyi "Ayntraxt"da rəsmi oyuna çıxmamışdı. Qolkiper "Ayntraxt"dan ayrıldıqdan sonra formada qalmaq üçün millimizin qapıçı məşqçisi Faqi Əzizovun rəhbərliyi altında, daha sonra isə "Qarabağ"da məşq edirdi. (Futbol11.az)