Xankəndi – Bakı ultra marafonu Hacıqabulda başa çatıb

“İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə Xankəndi – Bakı ultra marafonunun 3-cü mərhələsi keçirilib.

"Olimpsport" xəbər verir ki, 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 km məsafəni əhatə edərək Hacıqabulda başa çatıb.

Qeyd edilir ki, 17 nəfərin finişə çatdığı 3-cü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.