“Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir" - Millimizin baş məşqçisi

“Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir".
Olimpsport.az xəbər verir ki bu sözləri Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior AFFA-nın rəsmi saytına açıqlamasında deyib. O, bildirib ki, "Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.