"Milan" üçün 3 namizəd

“Milan” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Olimpsport.az saytının məlumatına görə, hazırda klub rəhbərliyi 3 namizədlə danışıqlar aparır. Bunlar Marçello Lippi, Paulo Souza və Vinçentso Montelladır. Lippi hazırda işsiz olsa da, Souza “Fiorentina”nı, Montella isə “Sampdoriya”nı çalışdırır.

Qeyd edək ki, Lippi baş məşqçi vəzifəsində işləməyə razılıq verməsə, onun hazırkı çalışdırıcı Kristian Brokkinin məsləhətçisi olması ehtimalı da var.