Polşa klubunun baş məşqçisi Rahil Məmmədovu tərifləyib

Polşanın “Varta” klubunun baş məşqçisi David Şulçzek ölkə çempionatının XXIV turunda LKS ilə keçirəcəkləri oyun ərəfəsində rəqibin azərbaycanlı futbolçusu Rahil Məmmədovu tərifləyib.

"Olimpsport" yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Lodz təmsilçisinin heyətində bir neçə oyunçunu fərqləndirib.

O, Rahil Məmmədovu LKS-in ən güclü futbolçularından biri adlandırıb: “LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Buna transferlər təsir edir. Rahil Məmmədov, Hüseyn Baliç kimi futbolçular mövsümün əvvəlindən Lodz klubunda çıxış etsəydilər, yəqin ki, xalların sayı 13-dən çox olardı”.

Qeyd edək ki, bu gün keçiriləcək “Varta” – LKS matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hazırda LKS 13 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.