Antonio Konte “Napoli” klubunu çalışdıracaq
İtaliya millisinin sabiq baş məşqçisi Antonio Konte “Napoli” klubu ilə razılığa gəlib.
"Olimpsport" “Rai Sport”a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Neapol təmsilçisi ilə 3 illik müqavilə bağlayacaq.
Təcrübəli çalışdırıcı həmin müddət ərzində illik 6,5 milyon avro qazanacaq.
Kontenin sonuncu iş yeri İngiltərənin “Tottenhem” klubu olub.
Qeyd edək ki, “Napoli” A Seriyasında 33 turdan sonra 49 xalla 8-ci pillədə qərarlaşıb.