Azərbaycanın U-18 millisi Antalyada təlim-məşq toplanışı keçəcək

Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

"Olimpsport" xəbər verir ki, komanda bu məqsədlə qardaş ölkəyə yola düşüb.

Yığma orada braziliyalı mütəxəssis Joanildo Kosta Juniorun rəhbərliyi altında 14 gün hazırlıq keçəcək.

Voleybolçular Türkiyənin U-18 yığması və digər yerli komandalarla yoxlama oyunlarında güclərini sınayacaqlar.