Cüdo millimizdən daha bir medal

Bakıda keçirilən "Böyük dəbilqə" turnirində Azərbaycan yığması növbəti medalını qazanıb.

Olimpsport.az saytının məlumatına görə, bu dəfə Rüstəm Orucov adını medalçılar sırasına yazdırıb. 25 yaşlı cüdoçu bürünc medala sahib çıxıb.

Qeyd edək ki, dünən də Tərlan Kərimov bürünc medala yiyələnib.