Azərbaycanın bədii gimnastları Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycan bədii gimnastları Ayan Sadıqova və Dəniz Abdullazadə Qazaxıstanın Astana şəhərində keçiriləcək “Alem Cup” beynəlxalq turnirində iştirak edəcəklər.

"Olimpsport" xəbər verir ki, onlara yarışda məşqçi Leqka Darya rəhbərlik edəcək.

Turnirdə beynəlxalq dərəcəli hakim Aliyə Paşayeva Azərbaycanı təmsil edəcək.