"Deyəsən, “Qarabağ” xaricdə daha yaxşı oynayır, nəinki öz meydanında" - Tahir Gözəl

"Qarabağ" - "Slovan " görüşündən sonra Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:

-Oyun haqqında fikirlərinizi bildirərdiniz...

-Qələbə gözləyirdik, ancaq ilk dəqiqədə buraxdığımız qol bizə mane oldu.

-2:2 hesabına şükür edirik, ancaq gərək bu oyun bizim olaydı. Komanda 2 xal itirdi, yoxsa 1 xal qazandı?

-Mənim fikrim budu ki, biz bu oyundan 3 xalla ayrılmalı idik. “Slovan” “Qarabağ”ın qalib gələ biləcəyi klubdu. Bəxtimiz gətirmədi. Hesab edirəm ki, 2 xal itirdik.

-"Qarabağ" son dəqiqədə vurulan qolla məğlubiyyətdən qaçdı. Axırıncı dəfə belə həyəcanı nə vaxt yaşamışdınız?

-Çox şükür edirik o qol üçün. Əgər olmasaydı, özümüzü çox pis hiss edəcəkdik. Sonuncu dəqiqədə olması çox böyük sürpriz oldu. Hücum xəttində bəzi çatışmazlıq yarandı.

-Sizi ən çox hansı futbolçu əsəbiləşdirdi?

-Fürsətlər çox idi, ancaq dəyərləndirə bilmədik. Alınmadı. Deyəsən, “Qarabağ” xaricdə daha yaxşı oynayır, nəinki öz meydanında. Belə nəticə çıxardım.

-“Qarabağ”ın çexlərdən çəkdiyi nədi belə? Gah hakimlər, gah komandalar...  

-Bizim çexlərə qarşı bəxtimiz gətirmir. Növbəti turda Florensiya səfərindən nə gözləyirsiz? Gərək növbəti turda da “Qarabağ” ciddiliyini qorusun. Ancaq və ancaq qələbəni hədəfləyirik. Bu dəfə qrupdan çıxmalıyıq. Yeni bir tarix yazmaq istəyirik. Bunun üçün hər şeyimiz var.

-Yəniəgər qrupdan çıxmasaq, uğursuzluq hesab olunacaq?

-Mən öz adıma çox böyük narahatlıq keçirəcəm. Rəqiblər də münasibdi bunun üçün... Keçən illərə görə bu qrup ən münasib komandalardan təşkil olunub. Çox yaxşı şanslarımız var.