Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri bəlli olub

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi olub.

"Olimpsport" xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Milli komanda yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq. Martın 22-24-də təşkil olunacaq yarış Bakı vaxtı ilə saat 09:00-da start götürəcək.

Qadınlar

-48 kiloqram

Leyla Əliyeva - Katharina Tanzer (Avstriya)

-52 kiloqram

Gültac Məmmədəliyeva - Leonye Qonzalez (Fransa) / Binta Ndyaye (İsveçrə) görüşünün qalibi ilə

-57 kiloqram

Acelya Toprak - Nino Loladze (Gürcüstan)

Fidan Əlizadə - İrina Zueva (Fərdi Neytral İdmançılar) / Qvantsa Mtçedlişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə

Kişilər

-60 kiloqram

Balabəy Ağayev - Vicay Kumar Yadav (Hindistan)

Turan Bayramov - Kvanq cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) qarşılaşmasının qalibi

-66 kiloqram

Ruslan Paşayev - Qiqi Otyaşvili (Gürcüstan)

Rəşad Yelkiyev - Olu Kubaniçbek Aybek (Qırğızıstan)

-73 kiloqram

İbrahim Əliyev - Mark Xristov (Bolqarıstan)

-81 kiloqram

Məhərrəm İmamverdiyev - Asad Masabirov (Qırğızıstan)

Ömər Rəcəbli - Tomas Morales (Argentina)

-90 kiloqram

Elcan Hacıyev - Camal Petqrave (Böyük Britaniya) / Davit Ağasaryan (Amerika Birləşmiş Ştatları)

Vüqar Talıbov - Aleks Barto (Slovakiya)

+100 kiloqram

Uşanqi Kokauri - Marvin Qadeo (Monako)

Camal Qamzatxanov - Şoxruxxon Baxtiyorov (Özbəkistan).