“Futbol gözəl olduğu qədər, həm də sərt oyundu" - Baroş

 

"Qarabağ" - "Slovan" oyunundan sonra  ölkəsinin mətbuatına açıqlama verən Baroş görüşün nəticəsini şərh edib: “Bu tempdə oyun keçirəcəyimi gözləmirdim. Çox şadam. Oyundankənar vəziyyətə düşməmək üçün çalışırdım. Bunun da xeyrini gördüm. Vurduğum qol epizodunda rəqib qapıçı son anda komanda yoldaşımın zərbəsini dəf etdi və mən önümə düşən topu qapıdan keçirdim. Səfərdə erkən qol vuracağımızı heç kim gözləmirdi. Düzdü, hesabı tez açmaq istəyimizi matçdan öncə də deyirdik. Biz bunu reallaşdırmaqla, Avroliqanın tarixində rekorda imza atdıq. Düşünürəm ki, bu qol bizə kömək etdi. Hesabda öndə olanda rəqibin futbolçularında gərginlik yarandı. Həmin vaxt daha yaxşı oynamaq olardı”.

 

Baroş Bakıdakı qarşılaşmada 2 xal itirdiklərini bildirib. O, söhbət əsnasında “Qarabağ”ı da tərifləyib: “Futbol gözəl olduğu qədər, həm də sərt oyundu. Əfsuslar olsun ki, hesabdakı üstünlüyümüzü sona kimi saxlaya bilmədik. Amma səfərdəki heç-heçə də bizim üçün yaxşı nəticədi. Onu da deyim ki, rəqib də çox yaxşı oynadı, xüsusilə birinci hissədə. Fasilədən sonra isə biz kombinasiyalı hücum futbolu göstərməyə başladıq. Bu oyunda 2 xal itirdik. Əgər belə olmasaydı, indi 3 xalımız var idi. Onda daha xoşbəxt olardıq”.