Millimizin qapıçısı dünya çempionatında birinci oldu

Futzal üzrə dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.

Olimpsport.az xəbər verir ki, bu gecə Azərbaycan millisi mundialda ikinci görüşünə çıxıb. İspaniyaya 2:4 hesabı ilə uduzduğumuz matçda milli komandamızın qolkiperi Rövşən Hüseynli 16 qurtarış edib. Mərakeşlə matçda (5:0) oyununda 15 seyv edən Hüseynli ümumi göstəricidə bütün rəqiblərini qabaqlayıb (31 qurtarış).

Bu göstəricidə Mozambikin qolkiperi Nelson 2-ci (31), vyetnamlı qapıçı Din Tuan isə 3-cüdür (29).