UEFA Avroliqanın ən erkən qolunun Bakıda vurulduğunu açıqladı

UEFA "Slovan"ın Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu ilk qolunun sözügedən turnirin ən erkən qolu olduğunu rəsmən açıqlayıb.

Olimpsport.az xəbər verir ki, Çexiya klubunun futbolçusu Yan Sikoranun 10.69-cu saniyədə vurduğu qol Avroliqanın ən erkən qolu kimi tarixə keçib.

Bundan əvvəlki rekord 2015-ci il martın 12-də "Vilyarreal"la görüşdə fərqlənən"Sevilya"nın futbolçusu Vitoloya məxsus idi.

Avropa Liqasının ən sürətli qolları:

10.69 saniyə - Yan Sikora ("Qarabağ" - "Slovan" - 2:2) 15/09/2016
13.21 saniyə - Vitolo ("Vilyarreal" - "Sevilya" - 1:3) 12/03/2015
15.19 saniyə - İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009
16.88 saniyə - Keyta Balde ("Ludoqorets" - "Latsio" - 3:3) 27/02/2014
18.18 saniyə - Xuan Mata ("Valensiya" - "Brügge" - 3:0) 25/02/2010
19.19 saniyə - Serxio Aquero ("Mançester Siti" - "Portu" - 4:0) 22/02/2012