Minifutbol çempionatı: "Birbaşa Bakı" növbəti qələbəsini qazanıb

Minifutbol üzrə Azərbaycan çempionatında XV tura yekun vurulub.

"Olimpsport" xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.

Son çempion “Birbaşa Bakı” növbəti qələbəsini qazanıb. Lider “Zirə”nin ən yaxın izləyicisi olan komanda “Veteran”ı böyük hesabla məğlub edib.

Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Odlar Yurdu” “Dinamo Gəncə”yə (8:4), “Zirə” “Atəşgah Suraxanı”ya (6:1), “Real Bakı” “Baku Fire”yə (6:2) qalib gəlib, “Sumqayıt”la “Dirçəliş” (2:2) bərabərə qalıblar.

Azərbaycan çempionatı

XV tur

“Turan” – “Aznur” 0:8

“Galaxy Baku” – “Abşeron” 4:0

“Veteran” – “Birbaşa Bakı” 1:8

“İnter” – “Siyəzən” 6:4

Bununla çempionatda ilk mərhələ başa çatıb və pley-offa yüksələn komandalar müəyyənləşib. Turnir cədvəlində ilk 8 yeri tutan səkkiz kollektiv mübarizəni pley-offda davam etdirəcək.