Bürünc medal qazanan cüdoçumuz: “Hamı çempion olacağımı deyirdi”

“Böyük dəbilqə” ən güclü yarışlardan biridir. Turnirdə dünyanın bir çox ölkələrindən olan idmançılar mübarizə aparır”.

Olimpsport.az saytına açıqlamasında bu sözləri cüdo millimizin üzvü Rüstəm Orucov deyib.

Bakıda keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanan cüdoçumuz finala yüksələ bilmədiyinə görə məyusluğunu gizlətməyib: “Təbii ki, finala yüksəlmək istədyirdim. Amma ukraynalı idmançı ilə görüşdə səhvə yol verdim və nəticədə bürünclə kifayətlənməli oldum”.

Rüstəm Orucov qarşıdakı planlarından da söz açıb: “Qazaxıstanda baş tutacaq turnirdə iştirak etməyəcəm. Çünki hazırda daha çox məşq edib, fiziki durumumu yaxşılaşdırmalıyam. Amma Meksikadakı turnirə qatılacağam”.

Rio olimpiadasına cüdo yığmamızın əsas medal ümidlərindən olan Orucov qarşıya qoyulan məqsədə çatmaq üçün əlindən gələni edəcəyini bildirib: “Cüdoda proqnoz vermək çətindi. Çünki hər anın öz hökmü var. Hər saniyə vəziyyət tam dəyişə bilər. “Böyük dəbilqə”də hamı çempion olacağımı deyirdi. Lakin kiçik bir səhvə yol verdim və uduzdum. Olimpiadaya çox ciddi hazırlaşacağam. Əlimdən gələni edəcəyəm ki, mənə bəslənən ümidləri doğruldum”.