Premyer Liqada V tur həyəcanı

Sabah Topaz Premyer Liqasında V tura start veriləcək. Olimpsport.az saytının məlumatına görə, 2 gün ərzində 4 qarşılaşma keçiriləcək.

 

Turun açılış matçı Sumqayıtda baş tutacaq. “Kəpəz”  “Sumqayıt”ın qonağı olacaq. “Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə oyunlardakı 5 oyunluq qələbəsizlik seriyasına son qoymağa çalışacaq.

 

Mövsümə uğurlu start verən “İnter” doğma meydanda “Neftçi”ni sınağa çəkəcək. Ötən turda “Qəbələ” ilə oyunda darmadağına (0:8) məruz qalan “Neftçi” yeni baş məşqçi Elxan Abdullayevin rəhbərliyi altında ilk matçına çıxacaq.  

Həftənin bazar ertəsi “Qəbələ” AZAL-ı  qəbul edəcək. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “qırmızı-qaralar” cari mövsümdə ilk dəfə doğma azarkeşləri önünə çıxacaq.

 

Turun son oyununda “Zirə” “Qarabağ”ın qonağı olacaq. Hələ də stadion problemini həll edə bilməyən ağdamlılar yenə ev oyunlarını “Əlincə Arena”da keçirəcəklər. Ötən mövsümdən Premyer Liqada iştirak edən “Zirə” hələ də “Qarabağ” üzərində qələbəyə həsrətdi. Yayda heyət baxımından xeyli zəifləyən bakılılar üçün liderdən alınacaq 1 xal da qənimət olar.

 

 

Topaz Premyer Liqası

V tur

 

18 sentyabr

18:00. “Sumqayıt” – “Kəpəz”

Sumqayıt şəhər stadionu

 

20:00. “İnter” – “Neftçi”

“İnter Arena”

 

19 sentyabr

18:00. “Qəbələ” – AZAL

Qəbələ şəhər stadionu

 

20:00. “Qarabağ” – “Zirə”

“Əlincə Arena”

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

4

3

0

1

12-2

9

2

İnter

4

2

2

0

6-4

8

3

Qəbələ

3

2

1

0

10-0

7

4

Zirə

4

2

0

2

4-4

6

5

Kəpəz

4

1

2

1

4-4

5

6

Sumqayıt

3

1

0

2

2-4

3

7

Neftçi

4

1

0

3

2-12

3

8

AZAL

4

0

1

3

1-11

1

 

Bombardir: Baqali Dabo ("Qəbələ") - 4 qol