"Sumqayıt" millimizin futbolçusunu heyyətinə qatdı

"Sumqayıt” AZAL-ın futbolçusu Seymur Əsədovu heyətinə qatıb. Olimpsport.az klubun saytına istinadən xəbər verir ki , 22 yaşlı yarımmüdafiəçi Seymur Əsədovla ilə 2 illik müqavilə imzalayıb. Əsədov "Sumqayıt"da 5 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Seymur Əsədov U-21 millimizin üzvüdür.