"Sumqayıt" ""Kəpəz" matçında qalib müəyyənləşmədi - GENİŞ İCMAL

Bu gün Topaz Premyer Liqasında V tura start verilib. Olimpsport.az xəbər verir ki, turun açılış matçı Sumqayıtda baş tutub. “Kəpəz”  “Sumqayıt”ın qonağı olub. “Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə oyunlardakı 5 oyunluq qələbəsizlik seriyasına son qoymağa çalışsa da buna nail ola bilməyib. 69-cu dəqiqədə Vaqif Cavadov hesabı açsa da meydan sahibləri qələbə hesabını qoruya bilməyib. 5 dəqiqə sonra Şahin Dniyevin yetirmələri hesabı bərabərləşdirib.

Azərbaycan Premyer Liqası, V tur
 
18 sentyabr
 
18:00. "Sumqayıt" – "Kəpəz" 1:1  
Qollar: 69- Vaqif Cavadov, 73- Kərim Diniyev
Sumqayıt. "Kapital Bank Arena"