"Bura üç xal üçün gəlmşdik" - Şahin Dniyev

Liqasının V turunda "Sumqayıt” doğma meydanında "Kəpəz”i qəbul edib. Olimpsport.az xəbər verir ki, qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra keçirilə mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bildirib:
 
"Çempionatın ən yaxşı oyunlarından biri idi. Azarkeşlər üçün maraqlı oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. Bəzi problemlərimiz var idi. Arxa xəttə birz dəyişiklik etmişdim. Hər iki komanda qələbəyə layiq idi”.
 
- Bir xal sizi qane edirmi?

- Bura üç xal üçün gəlmşdik. Amma bir xal da mənə sərf edir. Mənə elə gəlir ki, hər iki komanda qazandı.
 
- Belə zəif "Kəpəz” görmüşdünüz?

- Bu gün komanda tərifə layiqdi. Bugünkü oyunumuz zəif deyildi. Düzdü, səhlərimiz var idi. Ancaq komanda şəkilində yaxşı oynadıq.
 
Futbol11.az