"Qəbələ"nin təxirə salınmış oyununun vaxtı bəlli oldu

Azərbaycan Premyer Liqasının II turundan təxirə salınan "Qəbələ" - "Sumqayıt" matçının keçiriləcəyi vaxt bəlli olub. Olimpsport.az xəbər verir ki, qarşılaşma sentyabrın 22-də baş tutacaq.
 
Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində "Maribor"la cavab matçına daha yaxşı hazırlaşması üçün təxirə salınmışdı.