"Neftçi" qələbə hesabını qoruya bilmədi

Bu gün  Topaz Premyer Liqasında V tura start verilib. Olimpsport.az saytının məlumatına görə mövsümə uğurlu start verən “İnter” doğma meydanda “Neftçi”ni sınağa çəkib. Ötən turda “Qəbələ” ilə oyunda darmadağına (0:8) məruz qalan “Neftçi” yeni baş məşqçi Elxan Abdullayevin rəhbərliyi altında ilk matçında məğlub olub.  

20:00. "İnter” – "Neftçi” - 2:1
Qol: Rauf Əliyev 87, 90+1 - Araz Abdullayev 67
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev
Stadion: "İnter Arena"
 
"İnter”: 1. Səlahət Ağayev (k), 17. Abbas Hüseynov, 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov, 8. Nizami Hacıyev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: 
Zaur Svanadze
 
"Neftçi”:
1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 4. Rahil Məmmədov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 17. Rəhman Hacıyev , 80. Edson Kastilya, 10. Cavid İmamverdiyev, 7. Araz Abdullayev (k), 99. Denilson Pereyra, 19. Fəhmin Muradbəyli
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 95. Elvin Bədəlov, 26. Kamal  Qurbanov, 20. Eltun Yaqublu
Baş məşqçi: Elxan Abdullayev