"Sumqayıt" "Kəpəz" FOTOREPORTAJ

Bu gün Topaz Premyer Liqasında V tura start verilib. Olimpsport.az xəbər verir ki, turun açılış matçı Sumqayıtda baş tutub. “Kəpəz”  “Sumqayıt”ın qonağı olub. “Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə oyunlardakı 5 oyunluq qələbəsizlik seriyasına son qoymağa çalışsa da buna nail ola bilməyib. 69-cu dəqiqədə Vaqif Cavadov hesabı açsa da meydan sahibləri qələbə hesabını qoruya bilməyib. 5 dəqiqə sonra Şahin Dniyevin yetirmələri hesabı bərabərləşdirib.