Araz Abdullayev əsəbləşdi: "normal suallar verin də"

Azərabycan Premyer Liqasının V turu çərçivəsində baş tutan "İnter" - "Neftçi" matından sonra qonaqların kapitanı Araz Abdullayev jurnalistləri maraqlandıran suallara cavab verib.
Olimpsport.az xəbər verir ki, Abdullayev ilk olaraq doğma meydanda "Qəbələ”yə 8:0 hesablı məğlub olduqları matçla "İnter Arenadan” xalsız döndükləri qarşılaşmanı müqayisə etmək olarmı sualına əsəbləşib:”Bir dəqiqə qardaşımsan, normal suallar verində”
"Neftçin”nin kapitan bazubəndini daşıyan futbolçu daha sonra 8:0 hesablı məğlubiyyətdən sonra "İnter”lə matça köklənməyin çətinliyindən danışıb:” Amma Elxan Abdullayev gəldi, komandamızda da bir sıra dəyişikliklər oldu. Hiss edirəm ki, bu komanda daha yaxşı təsir bağışlaya bilər. Bugünkü oyunumuz pis alınmadı. Bundan əvvəlki oyunlarda komanda şəkilində çox dağınıq oynayırdıq. Oyunumuz da alınmırdı. Bu gün göstərdik ki, qələbə qazana bilərik. Oyunun son 5 dəqiqəsində iki qol buraxdıq. Uduzduq, amma deməzdim ki, biz gələcək oyunlarda bu klublardan xal ala bilməyəcəyik. Fikirləşirəm ki, belə davam etsək, növbəti turlarda lazımi nəticəni qazana bilərik.”
Araz Abdullayev matçın sonuna yaxın qələbəni əldən vermələrinə də münasibət bildirib:” Biz də məğlub olmaq istəmirdik. Ehtiyat oyunçular skamyamız da müəyyən qədər geniş deyil. Ümid edirəm ki, gələcəkdə yaxşı olacaq.”
Son zamanlar "Qarabağ”a transfer olunacağı ilə bağlı məlumat yayılan futbolçu bu haqda isə məlumatsız olduğunu söyləyib:”Mən də mətbuatdan oxuyuram bu xəbəri. Müqaviləm var və "Neftçi”dəyəm.” (sportnet)