Millimiz tarix yazdı

Azərbaycan futzal yığması Kolumbiyada keçirilən dünya çempionatının final mərhələsində bu gecə qrupda sonuncu oyununa çıxıb. Olimpsport.az xəbər verir ki, millimiz Asiyanın ən güclülərindən olan İran yığması ilə qarşılaşıb və matç 3:3 hesabı ilə başa çatıb. 
 
Bu nəticədən  sonra millimiz 4 xalla qrup 2-cisi olub və növbəti mərhələdə Tailand millisi ilə qarşılaşacaq.
 
Xatırladaq ki, bu, futzalçılarımızın dünya çempionatının final mərhələsində debütüdür. Həlledici mərhələdə 6 qrupda ilk 2 yeri tutan yığmalarla yanaşı, 3-cü pillənin sahibləri arasında 4 ən yaxşı komanda da 1/8 finala çıxır. 
 
 
Dünya çempionatı
 
Qrup mərhələsi III tur
 
19 sentyabr 03:00.
 
 
Azərbaycan – İran 3:3
Qollar: Ahmed Esmailpur (0:1), Tiaqo Bolinha (1:1), Farhad Tavakoli (1:2), Qallo (2:2), Qallo (3:2), Tayebi (3:3)
Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)
Medelin. "Coliseo İvan de Bedout
 
Komanda O Q B M V.Q B.Q TF Xal
İspaniya 2 3 0 0 13 6 7 9
Azərbaycan 2 1 1 1 10 7 3 4
İran 2 1 1 1 9 11 -2 4
Mərakeş 2 9 0 3 6 14 -8 0