"Bizim üçün yeni dünya çempionatı başlayır” - Milito

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İran oyunundan sonra Millimizin baş məşqçisi Milton Luis Ziller Junior AFFA-nın rəsmi saytına fikirlərini bildirib. 
 
“Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq. İndi toparlanmalı və dünya çempionatında çıxışımızı davam etdirmək barədə düşünməliyik. Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.