"Oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq" - İran millisinin baş məşqçisi

Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İran oyunundan sonra rəqib komandanın baş məşqçisi Seyed Nazemalshariehin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Düşünürəm ki, fərqli və bir o qədər də çətin oldu. Əlbəttə, qələbə qazanmaq və qrup mərhələsini ikinci pillədə başa vurmaq istəyirdik. Qalib gələcəyimizi inanırdıq. Bunun üçün meydana beşinci oyunçunu da buraxdıq. Erkən qollar vursaq da, çoxsaylı şanslarımız olsa da, hesabı qoruya bilmədik. Oyunun axarını öz xeyrimizə dəyişməyi bacarmadıq. Artıq növbəti oyuna yaxşı hazırlaşmaq barədə düşünməliyik. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq”.