"Qəbələ" 3 xalı 3 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq. 

 

Olimpsport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk oyununda "Qəbələ" cari mövsümdə ilk dəfə doğma divarlar arasında mübarizə aparıb. Roman Qriqorçukun futbolçuları AZAL-ı 3 cavabsız qolla məğlub edib.

 

Azərbaycan Premyer Liqası

V tur

19 sentyabr (bazar ertəsi)

 

18:00 “Qəbələ” - AZAL 3:0 (İkinci hiss)

QOL: Filip Ozobiç, 31, Ruslan Qurbanov, 55, Roman Hüseynov, 65
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu