"Əlincə Arena"da "casus" var

"Qarabağ" Premyer Liqanın 5-ci turu çərçivəsində "Zirə" ilə qarşılaşır.

 

Olimpsport.az Sportal.az-a istinadən xəbər verir ki, "Əlincə Arena"da keçirilən matçı izləyənlər arasında Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Fiorentina"nın da nümayəndəsi var. Belə ki, Florensiya təmsilçisinin baş məşqçisi Paulo Souzanın köməkçisi Manuel Cordeiro da var.

 

Qeyd edək ki, ikinci hissəsi davam edən görüşdə "Qarabağ" "Zirə"ni 2 - 0 hesabı ilə məğlub edir.