"Komandamız mübarizə apardı" - Adil Şükürov

"Komandamız mübarizə apardı. Çalışdıq ki, 3 xal qazanaq. Amma bəzi futbolçularımız diqqətsizlik etdilər”.
 
Olimpsport.az-ın məlumatına görə, bunu "Zirə”nin baş məşqçisi Adil Şükürov "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. 
 
Komandasının pis oynamadığını iddia edən gənc mütəxəssis bu görüşü unudub, gələn matça hazırlaşmalarının gərəkliyini dilə gətirib.