"Ola bilər ki, "Xəzər Lənkəran" bunu xatırlamasın" - "Qarabağ"ın yeni qapıçısı

"Qarabağ"ın yeni qapıçısı Boyan Şaranov Azərbaycan Premyer Liqasında AZAL-a 3:0 hesabı ilə qalib gəlidkləri  matçdan sonra jurnalistlərin suallarını cavablandıırb... 
 
- Yeni komandada debütün haqda nə deyə bilərsən?
- Bu matç mənim üçün xüsusi önəm kəsb edirdi. Çünki 15 gündür klubda idim və ilk oyunum idi. Qol buraxmadım və vacib 3 xalı qazandıq. Bu, mənim üçün daha vacib qələbə idi. 
 
- Öz çıxışından razı qaldın?
- Mənim elə çox işim olmadı. Ancaq belə oyunlarda əsas o idi ki, konsentrasiyanı itirməyəsən. Mən də bunu etdim. Məncə, debüt oyunum üçün pis alınmadı. 
 
- "Qarabağ"ın əsas qapıçısı İbrahiç Şehiç bosniyalı, sən isə serbiyalısan. Dövlət baxımından aranızda münaqişə yoxdur? Yola gedirsiniz?
- Şehiç burada ən yaxın dostumdur. Əl-ələ verib bir komanda üçün çalışırıq. Məqsədimiz çempion olub, avrokuboklarda daha da uğur qazanmaqdır.
 
- Avropa Liqasının qrup mərhələsində oynayacağına inanırsan?
- Mən belə matçda oynamaq haqda düşünmürəm. Əsas odur ki, formamı itirməyim, məşq edim, özümü yaxı tərəfdən göstərim və şansımı gözləyim. 
 
- Azərbaycan gələndə ehtiyat qapıçı olacağını düşünürdün. Şehiçi əsas heyətdən sıxışdırıb çıxara biləcəksən?
- Kimin ikinci qapıçı olacağına baş məşqşi qərar verə bilər. Bura gələndə də birinci, yaxud ikinci qapıçı olmağım haqda düşünmürdüm. Gəldim ki, məşqimi edim, şansımı qazanım və meydanda sözümü deyim.
 
- Hayfa "Makkabi"si Avropa Liqasında "Xəzər Lənkəran"a səfərdə 8:0 hesabı ilə qalib gələndə rəqibin qapıçısı idin. Həmin matçı necə xatırlayırsan?
- Həmin gün şanslı günümüz idi. Qapıya nə zərbə vurduqsa, qol oldu. Mən bu anı yaxşı xayırlayıram. Ola bilər ki, "Xəzər Lənkəran" bunu xatırlamasın. 
 
- Həmin vaxt "Xəzər Lənkəran"da oynayan Rahid Əmirquliyevlə indi "Qarabağ"da komanda yoldaşısan. Həmin 8:0 hesablı qələbəniz haqda fikir mübadiləsi aparmısınız?
- (gülür) Az da olsa, bu haqda danışmışıq. 
 
- "Xəzər Lənkəran"ın artıq mövcud olmadığını bilirsən?
- Bəli, eşitmişəm. Amma vaxtilə ən yaxşı klublardan olub. Öz çempionatı ilə yanaşı, Avropa Liqasında da çıxış edirdi. 
 
- Azərbaycana uyğunlaşmaq baıxmından problemin olmayıb?
- Ailəmə də demişəm ki, ilk dəfə Bakıya gələndə şoka düşmüşdüm. Paytaxtınız çox gözəldir, Avropadan heç fərqi yoxdur. (sportnet)