"Qarabağ" İtalyaya nə vaxt gedir?

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk səfər matçı üçün İtalyaya yollanacağı tarix müəyyənləşib. Olimpsport.az xəbər verir ki, bu baraədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib. O, bildirib ki, "Fiorentina" ilə oyuna görə sentyabrın 27-də yola düşəcəklər.  Təmsilçimiz Bakıdan Florensiyaya çarter reysilə gedəcək.
 
Xatırladaq ki, "Fiorentina" - "Qarabağ" matçı sentyabrın 29-da Bakı vaxtilə saat 23:00-da keçiriləcək.