Azərbaycan taekvandoçuları daha 1 medal qazanıb

Estoniyanın paytaxtı Tallinndə keçirilən Prezident kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.

"Olimpsport" Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 kq-da mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.

Bu nəticə ilə millimizin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib. Daha əvvəl yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.