Mahir Şükürov yenidən "Neftçi"də

Millimizin sabiq üzvü Mahir Şükürov yenidən futbola qayıdır. Olimpsport.az  xəbər verir ki, o, hazırda əvvəlki formasını bərpa etmək üçün "Neftçi"yə müraciət edib.
 

Klub rəhbərliyi də Şükürovun xahişinə müsbət yanaşıb. Bunu bakılıların mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov da təsdiqləyib: "Bəli, Mahir Şükürov qarşıdakı günlərdə komanda ilə birlikdə məşqlərə başlayacaq. O, əvvəlki formasını bərpa etmək üçün kluba müraciət edib. Sabiq futbolçumuz olduğundan, Şükürovun müraciətinə müsbət cavab verilib. Ancaq onun "Neftçi"də oynayıb-oynamayacağı ilə bağlı qərarı məşqçilər korpusu verəcək.

 

Qeyd edək ki, Şükürovun sonuncu komandası 2014-2015 mövsümündə Türkiyənin "Karşıyaka" klubu olub. O, "Neftçi"də 2006-2007, 2012-2014 mövsümlərində forma geyinib. (futbol11.az)