"Qarabağ"ın zədəlilərinin durumuna aydınlıq gəlib

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov zədəsini sağaldıb. Olimpsport.az klubun saytına istinadən xəbər verir ki, millimizin üzvü fərdi məşqləri yekunlaşdırıb, komanda ilə birgə çalışmalara başlayıb.

 

Qeyd edək ki, “Qarabağ”ın digər zədəliləri Muarem Muarem və  Əfran İsmayılovun da vəziyyətinə aydınlıq gəlib. Zədəsi ciddi olmayan hər iki futbolçu dünəndən etibarən kollektivlə məşqdə iştirak ediblər.