Batistuta "Qarabağ"ın oyununa gələcək

"Fiorentina"nın əfsanəsi Qabriel Batistuta sentyabrın 29-da Avropa Liqasının "Qarabağ"la oyununu stadiondan izləyəcək. Olimpsport.az violanews.com-a istinadın xəbər verir ki,  Batiqol ləqəbli futbolçuya Florentsiya şəhərinin fəxri vətəndaşlığı veriləcək.

Tədbir "Qarabağ"la matçdan əvvəl "Artemio Franki" stadionunda keçiriləcək.

Argentinalı hücumçu 1991-2000-ci illərdə "Fiorentina"nın formasını geyinib. O, bu komandada 269 oyunda 168 qol vurub. Batistuta Argentina millisinin heyətində 54 dəfə fərqlənib.