"Mançester Yunayted" Serxiyo Ramosla maraqlanır

Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo Madrid Realının müdafiəçisi Serxio Ramosun xidmətində maraqlıdır.

Olimpsport.az xəbər verir ki, İngiltərə nəhəngi İspaniya millisinin futbolçusuna görə 50 milyon avro ödəməyə hazırdır.

Maraqlıdır ki, Joze Mourinyo Realda son mövsümündə bir neçə futbolçu ilə konfliktdə idi. Onların arasında Serxio Ramos da var idi.