Futbolçunun zərbəsi azarkeşin həyatını xilas etdi

Danimarka Superliqasının VII turunda baş tutmuş "Bröndbü" - "Kopenhagen" görüşündən əvvəl baş vermiş olay nəticəsində futbol azarkeşinin həyatı xilas edilib. Olimpsport.az Sportnet.az-a istinadən xıbır verir ki, komandaların oyundan öncəki isinmə məşqi zamanı meydan sahiblərinin futbolçusu Kamil Vilçekin zərbəsi Devid Nyelsen adlı azarkeşin başına dəyib.
 
Nəticədə azarkeşə təcili tibbi yardım göstərilib və zərərçəkən xəstəxanaya aparılıb. Müayinə nəticəsində azarkeşin başında şiş olduğu aşkarlanıb. Vaxtında müdaxilə edilməsi nəticəsində əməliyyat yolu ilə şiş götürülüb.
 
Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.