"Belə etməyi sevirəm" - Roman Qriqorçuk

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" matçı az öncə meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Olimpsport.az xəbər verir ki, qarşılaşmadan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyundan əvvəl isinmə hərəkətləri zamanı çox düşüncəli görünürdünüz. Nəyi düşünürdünüz?
- Adətim üzrə öz oyunçularıma və rəqibə baxırdım. Hər zaman etdiyim hərəkətdi. Bu, mənim adətimdi. Belə etməyi sevirəm.
 
- Start heyəti eskperimental idi. Ancaq həmin komanda fərqlənə bilməyincə, əvəzetmələrə əl atdınız. Yenilər ümidləri doğrultdu?
- İlk hissədə topa nəzarət edirdik. Ancaq rəqib çox ciddi şəkildə müdafiə olunurdu. Bu barədə fasilədə futbolçularla danışıb, dəyişiklik etdik. Sevinirəm ki, uşaqlar ikinci hissədə üçmidləri doğrultdular.
 
- Sıx qrafik sizi gözləyir...
- Əlbəttə ağırdı. Ancaq heç vaxt bundan şikayətlənməyəcəm. Avropa Liqasının qrup mərhələsində oynayan komandanın qrafikdən şikayətlənməyə ixiyarı yoxdu.
 
- Rəşad Sadıqov və Bədavi Hüseynovdan başqa futbolumuzda mərkəz müdafiəçisi yoxdu. Bu gün Murad Musayevi gördük. Necə düşünürsünüz, millimizə çiynini verən yeni müdafiəçi yetişdimi?
- Milli komandanın işinə hörmətlə yanaşıram. Yalnız onlar nəsə soruşanda fikir bildirə bilərəm. Murada gəldikdə isə, o, daha yaxşı oynaya bilər. Öz üzərində çalışır. Təbii ki, mən də bunu görüb, ona şans verdim.
 
- Oyundan əvvəl bəlli idi ki, qalib gələcəyiniz halda vahid lider olacaqsınız. Bu düşüncə futbolçulara psixoloji təzyiq göstərmirdi?
- Bu barədə futbolçularla danışmışdım. Əlbəttə, çempionat yeni başlayıb. Ancaq istənilən halda bu, xoş duyğudu. Ancaq bu düşüncənin uşaqları narahat etdiyini düşünmürəm.
 
- Mövsümdən əvvəl deyilsəydi ki, "Qəbələ" 5 tur ərzində 13 xal yığacaq və qapısından top buraxmayacaq. Özünüz buna inanardınız?
- Niyə də yox? Ötən mövsüm dövrəni ilk pillədə başa vurmuşduq.
 
- Nadir hallarda komdandanız qol vuranda futbolçulara tərəf qaçıb, onları qucaqlayırsınız. Bu, liderliyə uçuşa hazırlıq idi?
- Xeyr. Sadəcə, emosiyalarımı gizlədə bilmərəm. Qola görə çox sevindim. Hücumçu üçün 60 metr məsafədən qaçıb qol vurmaq böyük şeydi.
 
- Rəqibin baş məşqçisi ilk qolun oyundankənar vurulduğuna dair şikayətlənəcək. Ötən mövsün siz də anoloiji hallarla üzləşmisiniz. Samir Abasova yazığınız gəlmir?
- Ötən mövsüm biz də 15-18 xaldan məhrum olmuşuq. Dayandığığım yerdən ofsaydı görə bilməzdim. Buna görə də şərh bildirə bilmərəm. (futbol11.az)