Azərbaycan Portuqaliya matçına 3 itki ilə çıxacaq

Kolumbiyadakı dünya çempionatında Portuqaliya yığması ilə keçirəcəyi 1/4 final matçında 3 futzalçı Azərbaycan milli komandasına kömək edə bilməyəcək. Bunlar qapıçı Rövşən Hüseynli, braziliyalı legionerlər Fineo və Vassuradı. 

 

Hər 3 oyunçu Tailand üzərində 13:8 hesablı qələbə qazandıqları 1/8 final görüşündə növbəti sarı vərəqə alaraq, cəzalı duruma düşüblər. Həmin qarşılaşmada onlar üst-üstə 8 qolun müəllifi olublar. Fineo 5, Vassura 2, Hüseynli 1 dəfə fərqlənib. 

 

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 25-də yerli vaxtla saat 18.00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03.00) Kali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində keçiriləcək.("Report")