Minifutbol üzrə "GLOBAL MEDİA GROUP KUBOK"u turnirinə start verilib

May ayının 21-də “Global Media Group”un tərkibinə daxil olan şirkətlər arasında minifutbol turnirinə start verilib.

"Olimpsport" xəbər verir ki, ilk oyun günü “Baku.ws” – “Report” və “Global Management” – “Oxu.az” görüşləri baş tutub.

İlk dueldə “Baku.ws” rəqibini (5:3) məğlub edib. İkincilərin görüşündə isə “Global Management” rəqibinə qalib (11:0) gəlib. Oyunları AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edib.

Qeyd edək ki, yarışda beş komanda mübarizə aparır: “Report” İnformasiya Agentliyi, “Oxu.az” və “Baku.ws” xəbər saytları, “Baku TV” televiziyası və “Global Management” şirkəti. İyunun 13-də başa çatacaq turnir ikidövrəli sistem üzrə keçirilir. Yarışda fərqlənənlərə Kubok və mükafatlar təqdim olunacaq.

Turnirin məqsədi “Global Media Group” şirkətinin həvəskar futbol oynayan əməkdaşları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, həmin əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsidir.