Fransalı pilot Polşada ağır qəzaya uğrayıb

WRC sinfi üzrə Dünya Ralli Çempionatının səkkizqat qalibi olan fransalı pilot Sebastyan Ojye Polşada ağır qəzaya uğrayıb.

"Olimpsport" RMF radiosuna istinadən xəbər verir ki, "Toyota" sürücüsü və onun köməkçisinin idarə etdiyi nəqliyyat vasitəsi test yürüşü zamanı Vlosti kəndi yaxınlığında torpaq yolda minik avtomobili ilə toqquşub.

Digər avtomobildə olan iki qadın, həmçinin S.Ojye onurğasından xəsarət alıblar. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 40 yaşlı pilot WRC sinifi üzrə keçirilən çempionatlarda qazandığı qələbələrin sayına görə ikincidir. Səkkizqat çempion 9 titul qazanan həmyerlisi Sebastyan Löbdən geri qalır.