"Portu"nun hücumçusu İtaliya klubuna keçib
Portuqaliyanın "Portu" klubunun hücumçusu Mehdi Taremi karyerasını İtaliya təmsilçisi "İnter"də davam etdirəcək.
"Olimpsport" "Calciomercato"ya istinadən xəbər verir ki, Portuqaliya klubu ilə müqavilə müddəti bitən futbolçu İtaliya çempionunu seçib.
O, "Portu" ilə yeni müqavilə barədə müzakirələr aparıb. Amma rəhbərlik onun tələbləri ilə razılaşmayıb.
Qeyd edək ki, 31 yaşlı iranlı futbolçu 2020/2021 mövsümündən "Portu"nun formasını geyinirdi.